AZ

Azərbaycanda relsdən çıxıb aşan qatarla bağlı son VƏZİYYƏT

"16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub".

Olaylar.az xəbər verir ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova verib.

O qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülüb, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb.

Xatırladaq ki, ötən gün saat 11.00 radələrində yükü taxta materiallarından ibarət olan Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
66
14
olaylar.az

10Mənbələr