AZ

Qəzzanın aqibəti necə olacaq? - 3 variant müzakirə edilir

ABŞ və İsrail Fələstinin HƏMAS hərəkatının məğlubiyyəti və anklavda hərbi əməliyyatların dayandırılması halında Qəzza zolağına sülhməramlı qüvvələrin göndərilməsi imkanını nəzərdən keçirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, müharibə başa çatdıqdan sonra Qəzzanın inkişafı planı çərçivəsində üç variant müzakirə edilir. Birincisi, ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın dəstəyi ilə Qəzzanın Yaxın Şərq regionu ölkələrinin, məsələn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin nəzarətinə keçəcəyini nəzərdə tutur. 

İkinci variant Misir və İsrail arasında 1979-cu il müqaviləsində nəzərdə tutulan missiyaya bənzər sülhməramlı missiyanın yaradılmasını nəzərdə tutur. Sənəd ölkələr arasında hərbi əməliyyatların dayandırılmasını və daha sonra sərhədin hər iki tərəfində əvvəlcədən razılaşdırılmış zonalarda BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tuturdu. Agentlik mənbələri bildirirlər ki, İsrailin fikrincə, bu, diqqətə layiq olan variantdır.

Üçüncü varianta görə, Qəzza zolağı müvəqqəti BMT-nin nəzarətinə keçəcək. Lakin İsrail bu planı praktiki hesab etmir. 

"Bloomberg"in həmsöhbətləri qeyd ediblər ki, Qəzza zolağının gələcək inkişafı ilə bağlı danışıqlar ilkin mərhələdədir və bəzi ABŞ rəsmiləri bu planların həyata keçirilməsini çətin hesab edirlər. Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Edrian Uotson agentliyə bildirib ki, "Sülhməramlı missiyanın tərkib hissəsində ABŞ hərbi qüvvələrinin Qəzzaya göndərilməsi müzakirə edilmir".

Nizami Bağırov
Seçilən
971
50
qaynarinfo.az

10Mənbələr