AZ

“Muğanbank”dakı pulların yarıdan çoxu bir nəfərindir

“Ləğv prosesində olan “Muğanbank”​da sığortasız əmanət təxminən 102 milyon manatdır”.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, 102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir:

“76 milyonun da 61 milyonu bir nəfərindir. Yerdə qalan hissə isə hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə də "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir”.

Seçilən
329
16
herbiand.az

10Mənbələr