Azərbaycanın Avropa Liqasındakı təmsilçisi “Zirə” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq. Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi Bakıda Moldova “Şerif”ini qəbul edəcək. “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, Tiraspolda keçirilən ilk oyunda “Zirə” 1:0 hesablı qələbə qazanıb. Avropa Liqası I təsnifat mərhələsi, cavab oyunu 18 iyul 20:00. “Zirə” – “Şerif” Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aidin Tassibayev (Qazaxıstan) VAR hakimləri: Sören Storks, Yohann Pfeifer (Almaniya) “Liv Bona Dea Arena”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta