AZ

Bu tarixdən internet bahalaşır - Yeni qiymət

Azərbaycanda internetin sürəti və qiymətində dəyişikliklər olacaq.

Bakuinfo.net-in Axar.az-a istinadən verdiyi məlumata görə, “Aztelekom” və “Baktelekom” şirkətləri bu barədə öz rəsmi səhifələrində məlumat paylaşıb.

Bildirilib ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq, tarif paketlərində sürət 2.5 dəfə artırılacaq və 15 avqust 2024-cü il tarixindən etibarən bu dəyişikliklər qüvvəyə minəcək.

Şirkətlər GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə artıracaq. Bu, 40 Mbit/s internet sürətinin 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətinin 150 Mbit/s-yə və 100 Mbit/s sürətinin isə 250 Mbit/s-yə yüksəlməsi deməkdir. Yeni sürət tariflərində minimal sürət 100 Mbit/s olacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Beləliklə, abunəçilər 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN və 250 Mbit/s internet üçün 36 AZN ödəyəcəklər.

Bu qiymət dəyişiklikləri, xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək.

Seçilən
71
49
bakuinfo.net

5Mənbələr