AZ

Zarina Təhməzova: Əsas məqsədlərimizdən biri Azərbaycanda peşə təhsilinə marağın artırılmasıdır

Zarina

Bakı, 18 iyul, AZƏRTAC

Bu gündən “World Skills Azerbaijan”ın təşkilatçılığı ilə “Silk Way Flavour Fest: Baku Edition” aşpazlıq yarışmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “World Skills Azərbaycan” İctimai Birliyinin sədr müavini və icraçı direktoru Zarina Təhməzova jurnalistlərə müsahibəsində söyləyib. O deyib: “Müsabiqənin əsas məqsədi sentyabrın 10-15-də keçiriləcək 47-ci beynəlxalq “World Skills” yarışmasında ölkəmizi layiqincə təmsil etməkdir. Buna görə də yarışda milli komandamızın iştirakını daha da gücləndiririk. Əsas məqsədlərimizdən biri də Azərbaycanda peşə təhsilinə marağın artırılmasına töhfə verməkdir. Bununla da “World Skills Azerbaijan” İctimai Birliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə bu şəraiti namizədlər üçün yaratmış olur”.

Seçilən
2
2
azertag.az

3Mənbələr