Bakı. Trend:
Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illəmüqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib.
Təhsil xərclərinin ÜDM-də çəkisi isə 3,8%, ümumi büdcəxərclərində çəkisi isə 12,4% təşkil edəcək.