AZ

Putin “Ukraynanın törətdiyi” talana görə cəmi 10 nəfəri yüngül(!) cəzalandırdı... 

Dağıstanda təhlükəsizlik qüvvələri Mahaçqala hava limanında “iğtişaşlar”la bağlı ümumilikdə 83 nəfəri saxlayıb. Bununla belə, onlardan yalnız 10 nəfəri respublikanın rayon məhkəməsinin “nəqliyyat infrastrukturunun fəaliyyətinə maneçilik törətməklə nəticələnən inzibati xəta törətməkdə” təqsirli bildiyi antisemit qırğına görə faktiki olaraq cəzalandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayınb.
 
Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin nümayəndəsi Zarema Mamayevanın “TASS” agentliyinə verdiyi məlumata görə, səkkiz nəfər üç sutkadan səkkiz sutkayadək müddətə inzibati həbsə, daha iki nəfər isə 60 saatlıq icbari əmək cəzasına məhkum edilib.
Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında bir neçə yüz nəfər İsraildən gələn sərnişinləri axtarmaq üçün Mahaçqala hava limanına daxil olub. Oktyabrın 30-u günorta saatlarına qədər hava limanının fəaliyyəti iflic edilib. Talançıların hava limanına vurduğu ziyan 285 milyon rubl dəyərində qiymətləndirilir.
 
Rusiya prezidenti Vladimir Putin Dağıstandakı hadisələrin “Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə xaricdən ilhamlandığını” bildirib.
 
"Ümumiyyətlə, Rusiya təhlükəsizlik qüvvələri adətən hava limanının ələ keçirilməsi kimi şeylərə son dərəcə sərt reaksiya verirlər. Amma Putin çıxışında talançılar haqqında heç nə deməyib. Onlar haqqında, ümumiyyətlə, danışmayıb. Onun üçün hər şeydə amerikalılar və ukraynalılar günahkardır. Ona görə də Putinin məntiqi çərçivəsində "hava limanını dağıdanlar və polisi döyənlər bir növ iradəsiz və asanlıqla manipulyasiya olunan axmaqlardır və cəzalandırılacaq heç bir şeyləri yoxdur. Ona görə də "cinayətkar hallar” indiyədək xırda xuliqanlıq ittihamı ilə üç sutkalıq həbslərlə məhdudlaşıb”,- deyə politoloq Abbas Qalyamov yazır.
 
Onun fikrincə, de-fakto Putin talançıları "sosial baxımdan yaxın" kimi tanıyıb: "Axı, “HƏMAS”-ın yaxşı, İsrailin isə pis olduğunu deyən o idi. Talançılar da buna əsaslanaraq hərəkətə keçiblər. Amma aeroportu dağıtmaqları və bir neçə təhlükəsizlik əməkdaşına xəsarət yetirmələri kimi belə xırda şeylərə çar əhəmiyyət vermir...
 
S.Laçın
 
Seçilən
896
50
moderator.az

10Mənbələr