AZ

Ağstafada 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Ağstafa, 18 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa rayonunda 60 yaşlı rayon sakinini elektrik cərəyanı vurub. AZƏRTAC xəbər verir ki, hadisə rayonun Xətai kəndində baş verib. Kənd sakini, Hidayət Tanrıverdiyev yaşadığı evdə elektriklə bağlı iş görüb. Bu zaman ehtiyatsızlıqdan onu cərəyan vurub. 60 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
128
6
azertag.az

7Mənbələr