AZ

Beynəlxalq Valyuta Fondu: İsveç kronu lazımi qədər qiymətləndirilməmiş valyutadır

Beynəlxalq

Stokholm, 19 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, İsveç kronu dünyanın lazımi qədər qiymətləndirilməmiş valyutadır.

Kronun avro və dollara münasibətdə zəif mövqeyi hazırda bir çox isveçlilərin xaricdəki tətillərini daha bahalı edir.

AZƏRTAC xəbər verir ki, üç il ərzində avro 12 faizdən çox bahalaşıb.

BVF-in məlumatına görə, kron 17 faiz daha az qiymətləndirilib. Əgər kron möhkəmlənərsə, məzənnəyə görə dollar təxminən 8,8 kron, avro isə 9,6 kron dəyərində olacaq (hazırda 1 dollar = 10,55 kron, 1 avro = 11,53 krondur, red. qeydi).

“Swedbank” kronun 6-12 ay ərzində möhkəmlənəcəyini proqnozlaşdırır. BVF həmçinin Sinqapur, Hindistan və Almaniyanı valyutaları aşağı qiymətə malik ölkələr kimi qeyd edir.

Seçilən
41
1
azertag.az

2Mənbələr