AZ

Danimarka millisinin baş məşqçisi istefa verib

Danimarka

Bakı, 19 iyul, AZƏRTAC

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Danimarka millisi Kasper Yulmannın rəhbərliyi ilə son Avropa çempionatında ev sahibi Almaniya seçməsinə 1/8 finalda uduzaraq mübarizəni dayandırmışdı.

Qeyd edək ki, 52 yaşlı məşqçi 2020-ci ildən Danirmarka yığmasına başçılıq edirdi.

Seçilən
11
3
azertag.az

4Mənbələr