AZ

HadisəBakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı

SİZİN REKLAM BURADA!055 213 76 73

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 20-si gecə saat bir radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub.

BAKU.WS

Seçilən
71
37
far.az

10Mənbələr