AZ

Gürcüstan və Avstriya parlamentariləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Gürcüstan

Tbilisi, 20 iyul, AZƏRTAC

Avstriya və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsi arasında görüş keçirilib.

Gürcüstan Parlamentinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Avstriya ilə Gürcüstan arasında mövcud ikitərəfli əlaqələr və əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə Cənubi Qafqaz regionunda baş verən hadisələr, təhlükəsizlik, davamlı sülh və sabitliyin əldə olunmasında parlamentlərin rolu diqqət mərkəzində olub.

Eyni zamanda, Gürcüstanda və digər region ölkələrində keçiriləcək parlament seçkiləri, mövcud siyasi mühit barədə də fikir mübadiləsi aparılıb.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
42
2
azertag.az

3Mənbələr