ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəlsə, Ukraynadakı münaqişəni andiçmə mərasimindən əvvəl həll edəcəyinə söz verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Tramp bunu Miçiqanda mitinqdə çıxışı zamanı deyib.
“Mən Rusiya ilə Ukrayna arasındakı bu dəhşətli müharibəni həll edəcəyəm. Yalnız mən bu açıqlamanı verə bilərəm: III Dünya Müharibəsinin qarşısını alacağam”, – Tramp vurğulayıb.