Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraqrespublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiqtədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Abşeron rayonununAşağı Güzdək qəsəbəsi və Novxanı kəndi ərazilərində müvafiqicazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılmasıfaktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyitərəfindən yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakıilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililərsökülüb.