AZ

Voleybol üzrə Azərbaycan yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb

Voleybol üzrə Azərbaycan yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət Azərbaycan yığmaları U-20 Avropa çempionatında iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, bu gün komanda üzvləri yarışın keçiriləcəyi Polşanın Mıslovitse şəhərinə yola düşüblər.

Qızlar yığmasında Səbinə Əlizadə və Lizi Latsabidze, oğlanların komandasında isə Nəriman Bayramlı və Muhammad Aslanlı yer alıblar.

Qeyd edək ki, Avropa çempionatı iyulun 25-dən 28-dək keçiriləcək. Azərbaycanın hər iki yığması yarışa təsnifat mərhələsindən qoşulacaq.

Mənbə: AZƏRTAC

Seçilən
28
2
ilk.az

3Mənbələr