AZ

Rumıniya quraqlığa görə su istehlakına məhdudiyyətlər tətbiq edir

Rumıniya

Buxarest, 24 iyul, AZƏRTAC

Rumıniyada quraqlıq hökm sürür.

AZƏRTAC xəbər verir ki, ölkənin 450 yaşayış məntəqəsində, o cümlədən Dorohoi, Tarqu Neamt, Tarqu Okna, Roman, Paskani, Hirlau və İaşi şəhərlərində su təchizatında məhdudiyyətlər tətbiq edilib. Mərkəzi su təchizatının olmayan 251 yaşayış məntəqəsində quyular quruyub. Quraqlıqdan ən çox əziyyət çəkən rayonlar Botoşani, İaşi, Alba və Qorj olub.

Rumıniyanın Çernavoda atom elektrik stansiyasında su təchizatında heç bir problem yaranmayıb.

“Rumıniya suları” milli administrasiyasının nümayəndələri əhalini suyu, xüsusən də içməli suyu rasional istifadə etməyə çağırırlar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
28
2
azertag.az

3Mənbələr