AZ

Məzahir Pənahov: Azərbaycanda seçicilərin çoxu qadınlardır

Məzahir

Bakı, 24 iyul, AZƏRTAC

Seçkilərdə qadınların rolu, məsuliyyəti çox böyükdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 24-də Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada deyib.

O bildirib ki, ölkəmizdə seçicilərin çoxu qadınlardır. Eyni zamanda, seçkilərdə fəallığı baxımından ən gözə görünməyən, amma effektli olanlar da qadınlardır. Ölkənin tanıdılmasında qadınların rolu daha yüksəkdir.

“Azərbaycanın yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görürür. Çalışmalıyıq ki, bizə aid olan sahələrdə həmin standartlar üzərində işlərimizi quraq”, - deyə MSK sədri qeyd edib.

Seçilən
63
2
azertag.az

3Mənbələr