Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayevə TOGG elektrik avtomobili hədiyyə edib, Akordanın mətbuat xidməti xəbər verir.“Rəcəb Tayyib Ərdoğan hörmət əlaməti olaraq dövlətimizin başçısına Türkiyə istehsalı olan TOGG elektromobilini hədiyyə etdi. Türkiyə lideri şəxsən Kasım-Jomart Tokayevə yeni elektromobil nümayiş etdirib”, – məlumatda deyilir.Qazaxıstan Prezidenti öz həmkarını elektromobillərin kütləvi istehsalına uğurla başlaması münasibətilə minnətdarlığını bildirib və təbrik edib.Tokayev paytaxt hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hərarətlə yola salıb. Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta