İyulun 19-da Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün növbəyə yazılma prosesinə başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu günə qədər 24543 nəfər artıq növbəyə yazılıb.
Qeyd edilən boş yerlər üzrə növbələr 5 gün ərzində sorğuya çevriləcək.
Valideynlər aşağıda qeyd edilən keçid vasitəsilə təhsil müəssisələrinə müvafiq olaraq qrup və boş yerlərin sayı ilə tanış ola bilərlər.
https://edu.gov.az/.../2024/novbe-olmayan-baxcalar.pdf Qeyd edək ki, Bakı şəhəri üzrə bağça seçimi 26 iyul tarixində 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-də, 1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-də başlayacaq.