AZ

İsrailin hücumlarında ölənlərin sayı 9 min 227-yə çatıb

İsrailin hücumlarında ölənlərin sayı 9 min 227-yə çatıb

İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində 9227 fələstinli həlak olub.

Sonxeber.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyinin verdiyi açıqlamada İsrailin hücumlarında ölənlərin sayının son 24 saatda 166 artaraq 9 min 227-yə çatdığı, həyatını itirənlərdən 3 min 826-nın uşaq və 2 min 405 nəfəri qadın olub.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Şifa xəstəxanasında keçirdiyi mətbuat konfransında bölgədəki itkilər barədə məlumat verib.

Qudra İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda daha 166 fələstinlinin həyatını itirdiyini bildirib.

Fələstin rəsmisi, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayının 3 min 826-sı uşaq, 2 min 405-i qadın olmaqla 9 min 227-yə yüksəldiyini, ən az 23 min 516 nəfərin isə yaralandığını bildirib.

Seçilən
567
42
sonxeber.az

10Mənbələr