AZ

QHGT-nin mənzil qərargahında Saymon Stil ilə görüş keçirilib

Bakı. Trend:

İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT)mənzil qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icraçı katibi Saymon Stil ilə görüş keçirilib.

Trend xəbər verir ki, görüş QHGT-nin mənzil qərargahı vəqərargah daxilində fəaliyyət göstərən Tədqiqat Mərkəzi ilətanışlıqla başlayıb. Qonağa təşkilatın son dövrlərdə həyatakeçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən QHGT-nin sədri, COP29-un İqlim üzrə gənclərçempionu Leyla Həsənova gənclərin iqlim dəyişikliyi ilə bağlıhəllərə töhfə verə biləcəyini qeyd edib.

Ardınca, COP29-un baş danışıqçısı, Azərbaycan Respublikasıxarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi iləmübarizədə qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyinivurğulayıb.

Görüş zamanı Saymon Stil gənclərin iqlim dəyişikliyi iləmübarizənin fəallaşmasında rolundan bəhs edib, gənclərin suallarınıcavablandırıb. O, həmçinin, QHGT-nin iqlim dəyişikliklərinə qarşımübarizədə fəal rolunu yüksək qiymətləndirərək təşkilatın gənclərədəstək olmaqla onların səsinə beynəlxalq platformalarda yerverməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda QHGT-nin sədri Leyla Həsənova Saymon Stilətəşkilatın adından xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi AzərbaycanRespublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildəyaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsininiştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfəkeçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilataçevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib.Hazırda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə58 milli bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvüQoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkanverir.

Seçilən
43
4
az.trend.az

5Mənbələr