AZ

“Politico”: Avropalıların əksəriyyəti öz ölkələrində korrupsiyanın yayıldığı qənaətindədir

“Politico”: Avropalıların əksəriyyəti öz ölkələrində korrupsiyanın yayıldığı qənaətindədir

Amerikanın nüfuzlu “Politico” nəşri Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən “Eurobarometer” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrini dərc edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, Avropa İttifaqı vətəndaşlarının üçdə ikisindən çoxu öz ölkələrində korrupsiyanın geniş yayıldığı qənaətindədir.

“Eurobarometer”in məlumatına görə, avropalıların 68 faizi korrupsiyanın genişmiqyaslı olduğunu bildirib; ən yüksək faizlər Yunanıstanda (98 faiz), Portuqaliyada (96 faiz), Maltada (95 faiz) və Sloveniyada (95 faiz) qeydə alınıb.

Yalnız üç Aİ ölkəsində korrupsiya nadir hal hesab olunur; ən aşağı faiz Finlandiyada - 18 faiz, Danimarkada - 26 faiz və Lüksemburqda - 43 faiz qeydə alınıb. Avropalıların təxminən dörddəbiri - 27 faizi gündəlik həyatlarında korrupsiya ilə şəxsən qarşılaşdıqlarını, 75 faizi biznes və siyasətin çox sıx bağlı olduğunu və bunun da korrupsiyanın çiçəklənməsi üçün şərait yaratdığını bildirib.

Sorğunun nəticələri Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərdə və bloka üzv olmağa namizəd statusu olan bir sıra ölkələrdə qanunun aliliyinə dair illik hesabatı ilə eyni vaxtda dərc edilib. İyulun 24-də açıqlanan hesabatda blokda korrupsiyaya qarşı mübarizəyə zərbə vurmaq riski olan bəzi cinayət qanunvericiliyi islahatları ilə bağlı narahatlıqlar vurğulanıb.

Mənbə: AZƏRTAC

Seçilən
21
1
ilk.az

2Mənbələr