AZ

Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdirlər

Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdirlər

“Azərbaycan da eynilə Niderland kimi dənizin sahilində yerləşən bir ölkədir. Buna görə bizim bənzər problemlərimiz var. Hər iki ölkə su problemlərinin idarə edilməsi mövzusunda çox bənzər sistemlərə malikdirlər. Azərbaycan da, Niderland da delta ölkələridir”.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Niderland Krallığının su səfiri Mayke van Ginneken deyib.

“Hər iki ölkənin su quyuları və bir çox çayı var. Biz Niderland olaraq su idarə edilməsi mövzusunda bir çox məlumatı Azərbaycan ilə paylaşa bilərik. Bunlar həm mübadilə, həm də texnologiyalara dair məlumatlar ola bilər. Bundan əlavə, bizim çoxlu məlumata ehtiyacımız var. Lakin biz, eyni zamanda, bir çox şeyi Azərbaycandan da öyrənə bilərik. Çünki Azərbaycanda da suyun idarə edilməsi və iqlimə adaptasiyaya dair bir çox işlər görülüb”, - deyə Mayke van Ginneken fikirlərinə yekun vurub.

Mənbə: AZƏRTAC

Seçilən
10
1
ilk.az

2Mənbələr