AZ

SOCAR-ın dəstəyi ilə “Azəriqaz” yeni transformasiya layihəsinə start verib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Azəriqaz” İstehsalat Birliyi yeni “QAZandım” transformasiya layihəsinə start verib.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı sisteminin müasir standartlar səviyyəsində qurulması və müasir texnologiyaların tətbiqi, eyni zamanda, İstehsalat Birliyini kommunal xidmətlər arasında nümunəvi təşkilata çevirmək məqsədi ilə 2023-cü ildən yeni strategiya işlənib-hazırlanıb.
“QAZandım” layihəsində birliyin gələcəyə baxışının və məramının ətraflı qeyd olunduğu strategiya uzunmüddətli perspektivə hesablanan üç əsas komponentə ayrılır. Bunlar biznes səmərəliliyi, o cümlədən əməliyyat mükəmməlliyi, kommersiya fəaliyyətinin təkmilləşdirilməsi və şəbəkə inkişafı, ikincisi - şərtləndirici amillər, o cümlədən texnoloji və rəqəmsal həllər və yeni iş modelinə keçid, həmçinin, tənzimləyici rejim və standartlar.

Seçilən
180
12
demokrat.az

10Mənbələr