"Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına mümkün transferi ilə bağlı şayiələrə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, bu barədə Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.
“Heç vaxt yanıma gəlib ayrılmaq istədiyini deməyib. Bu barədə bir saniyə belə düşünməmişəm”, – Klopp deyib.
Xatırladaq ki, avqustda Məhəmməd Salahın Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçidinə dair şayiələr yayılmışdı.