AZ

Makronun yaşadığı siyasi böhran Paris Olimpiadası ərəfəsində işgüzar mühiti sarsıdır

Makronun yaşadığı siyasi böhran Paris Olimpiadası ərəfəsində işgüzar mühiti sarsıdır

Fransada siyasi çıxılmaz vəziyyət biznes mühitini sarsıdır və korporativ qərarların qəbuluna təsir edir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron Olimpiya oyunlarının açılış mərasimindən öncə Parisdə iş adamları ilə görüşəcək.

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun son məlumatlarına əsasən, Makronun təşəbbüsü ilə keçirilən növbədənkənar parlament seçkilərinin Fransaya müvəqqəti hökumət “hədiyyə etdiyindən” sonra iyul ayında ölkə sənayesi gözlənilmədən aşağı düşüb. Beləliklə, Fransa artan təhlükəsizlik narahatlıqları fonunda dünyanın ən böyük idman tədbirinə ev sahibliyi edir.

“Reuters”ə görə, Makron bu həftə istefa verən hökumətinin Oyunların sonuna qədər yerində qalacağını bildirib. Makronun keçiridyi investisiya sammitində həmçinin “Tesla”nın sahibi İlon Mask, LVMH şirkətinin rəhbəri Bernard Arno, həmçinin “Coca-Cola”, “Samsung”, “TikTok” və digər şirkətlərin rəhbərləri də iştirak edəcək.

Xatırladaq ki, Makronun müşaviri ötən həftə jurnalistlərə deyib ki, Prezident sammitdən siyasi böhran qorxusunu aradan qaldırmaq üçün istifadə edəcək.

Mənbə: AZƏRTAC

Seçilən
27
1
ilk.az

2Mənbələr