
Bakı, 26 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 83,6 min nəfər və ya 1,68 faiz artıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, bu il iyulun 1-nə uçota alınmış sığortaolunanların sayı 5,07 milyon nəfər təşkil edib.