AZ

Elm və Təhsil Nazirliyi qrant müsabiqəsi elan edib

Elm və Təhsil Nazirliyi icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili üçün qrant müsabiqəsi elan edir.

Qrant müsabiqəsinin məqsədi 2024-2025-ci dərs ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən məhrum olmuş uşaqları cəlb etməkdir.

Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə həyata keçirilir.

Sənədlərin qəbulu üçün ərizə vermək üçün son gün 16 avqust 2024-cü ildir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda məktəbəqədər təhsildə iştirak edən uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulur.

www.anews.az
Seçilən
117
12
anews.az

10Mənbələr