AZ

BOK-un nümayəndə heyətinin qaldığı otelinin işçiləri tətilə çıxdılar

Fransanın paytaxtında yerləşən elit "Hotel du Collectionneur" otelinin işçiləri maaşlarının 7 ildən artıqdır ki, qaldırılmaması səbəbindən tətilə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Inside The Games" məlumat yayıb.

Qeyd olunur ki, bu, Paris Olimpiadası zamanı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələrinin qalacağı oteldir. Təşkilat üzvlərinin yerləşdirilməsi üçün 22 milyon avrodan çox pul ödəyib. Lakin aşpazlar, ofisiantlar və texniki heyət nümayəndə heyətinə xidmət göstərilməsinin qarşısını alan iki saatlıq aksiya elan ediblər.

İşçilərin maraqlarını təmsil edən "Departementale CGT Paris" (UD CGT) həmkarlar ittifaqı sosial şəbəkələrdə işçilərin əllərində “Lüks otel - aclıq maaşları” və “Bizə sosial aktivlərimizi geri verin” sözləri yazılmış plakatların olduğu videolar yerləşdirib.

Seçilən
60
4
publika.az

7Mənbələr