AZ

Blinken Bağdada səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken bazar günü, noyabrın 5-də Bağdada səfər edəcək və burada İraq hakimiyyəti ilə danışıqlar aparacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baghdad Today” portalı məlumat yayıb.

Qeyd olunur ki, Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudani və ölkənin xarici siyasət idarəsinin rəhbəri Fuad Hüseynlə görüşəcək.

Dövlət katibi Qəzzadakı müharibədən sonra bölgədəki vəziyyətin inkişafını müzakirə etmək niyyətindədir.

Seçilən
953
26
qafqazinfo.az

10Mənbələr