AZ

"HƏMAS məhv edilməlidir, çünki o..."

Almaniyanın Yaşıllar Partiyasından olan vitse-kansleri və ölkənin iqtisadiyyat naziri Robert Habek Fələstinin Həmas hərəkatını məhv etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə "Welt" yazır.

Onun sözlərinə görə, HƏMAS-ın İsrailə hücumu sivil dünyaya müharibə elanı idi.

"Əslində, HƏMAS məhv edilməlidir, çünki o, Yaxın Şərqdə sülh prosesini məhv edib.", - Almaniya vitse-kansleri deyib.

Habek hesab edir ki, fələstinlilərin öz dövlətlərini yaratmaq hüququ var. O, iki dövlətin - Fələstin və İsrailin yaradılmasını düzgün həll yolu adlandırıb. Lakin belə bir qərarın HƏMAS-ın maraqlarına uyğun olmadığını bildirib. Onun fikrincə, Fələstin hərəkatı müharibə başlatmaq və İsraili məhv etmək istəyir.

Seçilən
671
1
publika.az

10Mənbələr