AZ

Dumanlı və tozlu hava şəraiti gün ərzində davam edəcək

Dumanlı

Bakı, 5 noyabr, AZƏRTAC

Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, duman sinoptik şəraitlə əlaqədar olaraq payız fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

Qeyd olunub ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı normadan 1,4 dəfə artıqdır.

Dumanlı və tozlu hava şəraitinin noyabrın 5-i gün ərzində davam edəcəyi gözlənilir.

 

Seçilən
417
30
azertag.az

10Mənbələr