AZ

Media: İsrail Colan təpələrinə hücumdan sonra Livanla genişmiqyaslı müharibə planlaşdırmır

Media: İsrail Colan təpələrinə hücumdan sonra Livanla genişmiqyaslı müharibə planlaşdırmır

Colan təpələrinə son hücumdan sonra Livanda döyüşlərin intensivliyi qısa müddətə arta bilər, lakin genişmiqyaslı müharibəyə keçid olmayacaq.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə İsrailin bir sıra yüksək rütbəli rəsmilərinə istinadla “Ynet” portalı məlumat yayıb.

“Bir neçə gün döyüş ola bilər. Söhbət indiyə qədər gördüyümüzdən fərqli olsa belə, məhdud zaman müddətindən gedir”, – nəşr rəsmilərdən birinin sözlərini sitat gətirir.

Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələrinin raket atəşinə tutulması nəticəsində 12 nəfər həlak olub.

Mənbə: AZƏRTAC

Seçilən
74
3
ilk.az

4Mənbələr