“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə mərhələsi davam edir. Füzulidəki peşə təhsili müəssisəsinin isə tikintisi davam edir.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 29-da keçirilən brifinqdə deyib.
Direktor bildirib ki, 2023-2024-cü tədris ilində peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub.
Mənbə: AZƏRTAC