Erlinq Holann bir müddət futbol oynaya bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nn hücumçusu premyer-liqanın “Bornmut” ilə oyununda (6:1) topuğundan xəsarət alıb. Norveçli futbolçu bu səbəbdən ikinci hissədə meydana çıxa bilməyib. Onun yaşıl meydanda nə vaxta qədər görünməyəcəyinə hələ ki aydınlıq gəlməyib.
Baş məşqçi Xosep Qvardiola hücumçunun Çempionlar Liqasının “Yanq Boyz” ilə noyabrın 7-də keçiriləcək oyununda iştirakının sual altında olduğunu bildirib.
Holann bu mövsüm İngiltərə çempionatında keçirdiyi 11 oyunda 11 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta