AZ

Avstriyalı məhşur restavrasiyaçı memar AzMİU-da tədrisə cəlb olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) iləİngiltərənin Vestminister Universiteti arasında “Memarlıqabidələrinin bərpası və mühafizəsi magistr proqramı” üzrəbağlanılmış ikili diplom proqramına əsasən tədrisə xariciekspertlərin cəlb olunması prosesi davam edir. Proses çərçivəsindəAzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Avstriyanın “AtelierErich Pumer” şirkətinin təsisçisi və rəhbəri Erix Pumerlə görüşüb.Görüşdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinin sədri Şahin Seyidzadə də iştirak edib.

Rektor bildirib ki, Vestminister Universiteti ilə ikili diplommüqaviləsi və bu müqavilə çərçivəsində tətbiq olunacaq qabaqcıltəcrübələr AzMİU üçün xüsusi əhəmiyyətə malikdir. AzMİU-nunölkəmizdə memarlıq ali təhsili üzrə baza ali təhsil müəssisəsiolduğunu vurğulayan professor Gülçöhrə Məmmədova qeyd edib ki,böyük uğurlar əldə edilsə də, dünya təcrübəsinin öyrənilməsi,qabaqcıl mütəxəssislərin tədrisə cəlb edilməsi prioritetistiqamətlərdəndir. Qabaqcıl xarici mütəxəssislərin tədrisə cəlbolunmasının ümumilikdə ölkəmizin abidələrin bərpası üzrə kadrpotensialının gücləndirilməsinə töhfə verəcəyini deyən rektor əlavəedib ki, bu mənada AzMİU-da Erix Pumerlə əməkdaşlığa böyük inammövcuddur.

Dəvətə görə minnətdarlığını bildirən Erix Pumer Bakının memarlıqbaxımından çox gözəl şəhər olduğunu və bu işdə AzMİU məzunlarınınəməyinə diqqət çəkib. O, qeyd edib ki, əməkdaşlıq çərçivəsində“Atelier Erich Pumer” şirkətinin və şəxsən özünün peşəkartəcrübələrini tələbələrlə bölüşməyə hazırdır.

“İçərişəhər”in dağılmış qala divarlarının restavrasiyasının“Atelier Erich Pumer” şirkətini tərəfindən həyata keçirildiyiniqeyd edən Şahin Seyidzadə Erix Pumerlə əməkdaşlığın kadr hazırlığıişində böyük uğurla yola açacağına inamını ifadə edib.

Görüşdə memarlıq abidələrinin bərpası və mühafizəsi üzrə kadrpotensialının gücləndirilməsi, elmi-texnoloji yeniliklər vəqabaqcıl dünya təcrübəsi ilə bağlı müzakirələr də aparılıb.Müzakirələr zamanı yaxın günlərdə AzMİU, “Atelier Erich Pumer”şirkətini və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsininbirgə əməkdaşlığını nəzərdə tutan üç tərəfli əməkdaşlıqmemorandumunun imzalanması qərara alınıb.

Memorandum çərçivəsində “Atelier Erich Pumer” şirkətini vəİçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bərpalayihələrində AzMİU tələbələrinin iştirakı və praktik biliklər əldəetməsi mümkün olacaq.

Qeyd edək ki, dünyaca məşhur restavrasiyaçı Erix Pumer“İçərişəhər”in dağılmış qala divarları ilə yanaşı, ölkəmiz üçün birsıra mühim bərpa layihəsində, o cümlədən Şuşanın Qala divarlarınınvə Gəncə qapısının bərpası layihəsində də məsləhətçi qismindəiştirak edib.

Avstriyalı
Məqalədə:
Seçilən
4
3
az.trend.az

4Mənbələr