
Paris, 29 iyul, Elnur Salahov, AZƏRTAC
Azərbaycan qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, qadınların fərdi yarışında çıxış edən idmançı ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada ukraynalı Olqa Xarlanı sınağa çəkib. O, bu raundda rəqibinə 6:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.