AZ

Qubada ağır yol qəzası baş verib – FOTO

Qubada yol-nəqliyyat hadisəsi baş verib, avtomobillərə ziyan dəyib.

"Unikal"ın məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yol kənarında sərnişin düşürən taksi fəaliyyəti göstərən "Vaz-21015" markalı nəqliyyat vastəsinə arxadan çırpılıb.

Nəticədə xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Seçilən
370
10
avtosfer.az

10Mənbələr