Tahir Osman Tahir avqustun 1-dən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bişkekdəki nümayəndəsi vəzifəsinin icrasına başlayacaq.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə ŞKTC parlamentinin sədri Zorlu Töre bildirib.
Parlament sədri Qırğızıstanı ən nüfuzlu türk dövlətlərindən biri adlandırıb və iki ölkə arasında, o cümlədən parlamentlərarası sahədə əlaqələrə diqqət çəkib.
“Biz Türk Dövlətləri Təşkilatı (TDT), xüsusilə Azərbaycan ilə dialoqa böyük əhəmiyyət veririk. Eyni zamanda, digər türk dövlətləri ilə əlaqələri prioritet hesab edirik”, - deyə Töre bildirib.
Onun sözlərinə görə, Şimali Kiprin TDT-də tamhüquqlu üzvlüyü Lefkoşa üçün prioritetdir.
O, Tahir Osman Tahirə yeni vəzifəsində uğurlar arzu edib.
ŞKTC-nin Bişkekdəki nümayəndəsi öz tərəfindən iki türk dövləti arasında əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini əmin edib.
Ramin Abdullayev
Ankara
Mənbə: AZƏRTAC