Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden Konqresə Ali Məhkəmədə islahatlarhəyata keçirərək 9 hakimə müddətli səlahiyyət verməyi və etikdavranış kodeksi formalaşdırmağı təklif edib.
Trend xəbər verir ki, bu barədə Co Baydenin “Washington Post”dadərc olunmuş məqaləsində qeyd olunub.
Prezident bildirib ki, təklif olunan islahatlar məhkəməyəetimadı və hesabatlılığı bərpa edəcək. Baydenin təklifinə əsasənhakim Prezident tərəfindən 2 ildən bir 18 il müddətinə təyinediləcək.
Bayden, həmçinin, Konqresi Ali Məhkəmənin hakimləri üçün məcburietik kodeksi qəbul etməyə çağırıb və mövcud könüllü sistemi "zəif"adlandırıb.
Dövlət başçısı qanunvericiləri prezidentin toxunulmazlığınıməhdudlaşdıran konstitusiya dəyişikliyini qəbul etməyə çağırıb.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsində hakimlər prezident tərəfindənSenatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinəyalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçmentnəticəsində vaxtından əvvəl xitam verilə bilər.