İyulun 30-da səhər saatlarında Qusar rayonu ərazisində rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundanModerator.azz-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Sərkər Duraxan oğlu Duraxanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.