AZ

Şahzadə Diananın məktubları hərraca çıxarılacaq

Bakı. Trend:

Şahzadə Diananın keçmiş xadiməsi Violet Kollisona ünvanladığıəlyazma məktubları və açıqcalardan bir neçəsi “Sworder's”auksionunda hərraca çıxarılacaq.

Trend xəbər verir ki, bu barədə xarici KİV-də məlumatyayılıb.

Diananın “Kolli” ləqəbi ilə çağırdığı Kollison şahzadəninanasının Sandrinhem malikanəsindəki “Park House”dakı ailə evindəbaş xadimə vəzifəsində çalışırdı. Hərrac kolleksiyasına KollisonunDiananın 1981-ci ildə Kral III Çarlzla toyuna dəvət kartı vəşahzadənin 1981-1994-cü illər arasında göndərdiyi Milad təbrikləridaxildir. Diana ilə Çarlzın 1981-ci ildə toy portretini əks etdirənbayram kartında “Milad və Yeni il münasibətilə ən xoş arzular”sözləri var. Şahzadə bu qeydi belə imzalayıb: "Dianadan sevgiilə”.

1996-cı ildə Çarlzdan boşandıqdan sonra Diananın Miladkartlarında yalnız oğulları şahzadə Uilyam və şahzadə Harri iləçəkdirdiyi fotoşəkillər var idi. Sonuncu bayram təbrikində yazılıb:“Sizin Milad bayramınız və Yeni iliniz mübarək olsun. 1994” –“Dianadan sevgilərlə”.

Məktubların qiyməti 200 funt-sterlinqdən 1200 funt-sterlinqə(257 dollardan 1543 dollara) qədər dəyişir.

Seçilən
31
7
az.trend.az

8Mənbələr