Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112”Qaynar telefon xəttinə Babək rayonunun Aşağı Uzunoba, KalbaorucDizə kəndlərində otlaq, Şahbuz rayonunun Kolanı kəndində isə yolkənarında quru otlaq sahələrində yanğınların baş verməsi barədəməlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatlarlaəlaqədar dərhal Babək və Şahbuz Rayon Dövlət Yanğından MühafizəHissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisəyerinə cəlb olunub.
Yanğınlar söndürülərək daha geniş sahələrə yayılmasının qarşısıalınıb.