Kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Manset.az xəbər verir ki, o, 1/16 finalda Mişel Kroppenlə üz-üzə gəlib. Rəqibinə 2:6 hesabı ilə uduzan idmançımız mübarizəni dayandırıb. 21:15 Azərbaycan Idmançısı 1/16 finala vəsiqə qazanıb. Manset.az xəbər verir ki, kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova "Paris-2024" Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib. Idmançımız 1/32 finalda çinli An Qixuanla qarşılaşıb. Yaylagül Ramazanova 1/16 finala vəsiqə qazanıb.