AZ

Şamaxı rəsədxanası üçün “Database” yaradılır

Avropa İttifaqının "Horizon 2020" proqramı tərəfindən maliyyələşdirilən Mariya Sklodovska-Küri qrant razılaşması çərçivəsində Estoniyanın Tartu Rəsədxanasının İnformasiya Texnologiyaları üzrə baş mütəxəssisi Tönis Eenmae N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi ezamiyyətdədir.

Rəsədxanadan Demokrat.az-a bildirilib ki, eston mütəxəssis öncə spektral və fotometrik müşahidələrin aparılması zamanı istifadə olunan müasir qurğularla və müşahidə materiallarının işlənməsi zamanı istifadə olunan proqram qovluqları ilə tanış edilib. İnfrastrukturu bəyənən qonaq rəsədxanada göy cisimlərinin müşahidələrinin aparılması zamanı istifadə olunan qurğuların hazırkı standartlara uyğun olduğunu vurğulayıb.

Seçilən
32
10
demokrat.az

10Mənbələr