Bu ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Səbail rayonunun Şıx, Bibiheybət qəsıbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Sonxeber.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumatda deyilir:
"Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik".