AZ

Türkiyədə 86 il sonra bir İLK

2026-cı ildə Türkiyədə əhalinin tərkibində kişi və qadınların nisbəti 86 ildən sonra ilk dəfə zərif cinsin xeyrinə dəyişəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin (TSİ) iyulun 31-də, çərşənbə günü açıqlanan demoqrafik proqnozunda deyilir.

TSİ xatırladıb ki, 2023-cü ilin sonuna olan məlumata görə, Türkiyə əhalisi 85 milyon 372 min 377 nəfərdir, onların 42 milyon 734 min 71 nəfəri kişilər, 42 milyon 638 min 306-sı qadınlardır.

Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə Türkiyədə 86 milyon 654 minə yaxın insan yaşayacaq, üstəlik qadınların sayı kişilərin sayını bir qədər də üstələyəcək.

Seçilən
61
8
publika.az

9Mənbələr