AZ

Qəzzada Birləşmiş Millətlər Təşkilatının 88 əməkdaşı həlak olub

Qəzza zolağında gedən döyüşlər nəticəsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) 88 əməkdaşı həlak olub.

Editor.az bildirir ki, bu barədə həm BMT strukturu daxilində, həm də müstəqil fəaliyyət göstərən əsas humanitar qurumları birləşdirən Qurumlararası Daimi Komitə rəhbərlərinin birgə bəyanatında deyilir. Bildirilir ki, bu, dünya təşkilatı tarixində bir münaqişədə həlak olan ən çox sayda şəxsi heyətdir. “Oktyabrın 7-dən bəri çoxlu humanitar işçilər, o cümlədən UNRWA-nın 88 əməkdaşı həlak olub. Bu, BMT-nin indiyədək bir münaqişədə verdiyi ən böyük itkidir.

“Biz bir daha tərəfləri beynəlxalq humanitar hüquq və insan hüquqları hüququ üzrə öhdəliklərinə hörmətlə yanaşmağa çağırırıq”, – BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin imzaladığı bəyanatda deyilir. Sənəddə həmçinin Qəzza zolağına kifayət qədər su, qida, dərman və yanacaq verilməsinin vacibliyi vurğulanır. Humanitar rəsmilər bütün girovların dərhal azad edilməsini və mülki infrastrukturun, o cümlədən xəstəxanalar, sığınacaqlar və məktəblərin qorunmasını tələb ediblər. “Bizə təcili humanitar atəşkəs lazımdır. 30 gün keçdi. Yetər, buna son qoyulmalıdır”, – bəyanatda deyilir.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!
Seçilən
814
26
editor.az

10Mənbələr