Konfrans Liqası: “Sabah” və “Zirə” cavab matçına çıxır
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sabah” və “Zirə” bu gün II təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.Metbuat.az xəbər verir ki, “Sabah” “Bank Respublika Arena”da” İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.“Zirə” isə Slovakiyada yerli “Dunayska Ştreda”nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.Qeyd edək ki, ilk matçlarda “Sabah” səfərdə 3:0, “Zirə” isə evdə 4:0 hesablı qələbə qazanıb.1 avqustSaat 20:00 “Sabah” - “Makkabi” (Hayfa)Baş hakim: Peter KraloviçBaş hakimin köməkçiləri: Tomaş Straka, MateyZemkoDördüncü hakim: Boris Marhefka(Hakimlər briqadası Slovakiyadandır)“Bank Respublika Arena”Saat 22:30 “Dunayska Ştreda” - “Zirə”DAC Arena. Saat 22:30Baş hakim: Yovan KaçevskiBaş hakimin köməkçiləri: Slaqyan Markoski, Branko PutilinDördüncü hakim: İvana Proykovska(Hakimlər briqadası Şimali Makedoniyadandır)“DAC Arena”.